Bu, möhtəşəm qarşılanma idi: “3-cü Qardaş” rəsmiləşdi

0

Azərbaycan liderinin 12 illik fasilədən sonra Özbəkistana səfəri təkcə Bakı-Daşkənd xəttində yeni mərhələnin başlanması yox, həm də türk coğrafiyasının dərin interasiyası baxımından önəmli məqamdır: 10 il sonra (sonuncu yüksək səviyyəli səfər 2012-ci ildə İslam Kərimovun Bakıya gəlişi idi) iki ölkə qardaşlığı rəsmiləşdirir və Türkiyə-Azərbaycan tandeminə Özbəkistanın da daxil edilməsi prosesi başlanır. Əliyevin Özbəkistan səfəri təkcə Azərbaycan-Özbəkistan münasibətlərində yox, bütövlükdə türk...

İranın düzəltdiyi “şeyx” Şeyxdən Borçalını aldı

0

İranın Borçalıda “dini kanton” yaratmaq imkanı 2011-ci ildə - QMİ təsir gücünü itirməyə başladığı dövrdə yarandı: Gürcüstanın 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəfi Rusiya kilsəsinin təsirini azaltmaq və Acariya müsəlmanları idisə, dalğa 2009-cu ildə Borçalıya da çatdı və QMİ yalnız 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı; ya müqavimət göstərə bilməməkdən, ya da strateji yanlışların...

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib

0

Sosialxəbər.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və "Forest School Azerbaijan"nın dəstəyi ilə 16-19 iyun tarixlərində Lənkəranda "Atalar və övladları üçün düşərgə" təşkil edilib. 50-dək gənc ata və övladının qatıldığı düşərgənin keçirilməsində əsas məqsəd atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq və onların birgə faydalı, əyləncəli vaxt keçirməsinə şərait yaratmaqdan...

Azərbaycanlı şagirdlər Türkiyədə qızıl medal aldılar

0

Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Bu qələbəsinə görə məktəbli qızıl medalla təltif olunub. Paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhim...

Bakını hədələyən erməniyə azərbaycanlı belə dərs verdi – Video

0

Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl Kəlbəcərdən maraqlı video paylaşıb. Sosialxəbər.az Yenipress.az-a istinadən xəbər verir ki, videoda O.Cəbrayıl aprel döyüşləri zamanı Füzuli rayonundan video çəkib, Bakını hədələyən, 44 günlük müharibədən sonra isə Kəlbəcərin Azərbaycana təhvil verildiyi ərəfədə restoranların birinin qarşısında dayanaraq, zarıyan Zakaryana elə eyni ərazidə çəkiliş apararaq, gülərək cavab verib. Həmin görüntüləri...

“Azərişığ”ın sabiq əməkdaşlarına cinayət işi açıldı

0

ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, aparılan istintaqla R.Abuşov və R.Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq...

Yevlaxda ata və oğlu saxlanıldı

0

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar. Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan...

Azərbaycanda 45 yaşlı kişi qatarın altında qaldı

0

İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini, 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Ucar Rayon Prokurorluğundan məlumat verilib. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış...

Eyvazov mayoru yüksək vəzifəyə təyin etdi

0

Polis mayoru İftixar Səfərov Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəisi təyin edilib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Qeyd edək ki, İ.Səfərov bu təyinata qədər həmin şöbədə müxtəlif vəzifələrdə çalışıb.

Türkiyə ordusu İraqda şəhid verdi

0

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub. Sosialxəbər.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “İyunun 21-də İraqın şimalındakı “Pənçə-Kilid” əməliyyat bölgəsində Türkiyə ordusunun çavuşu Sərcan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub”, - məlumatda bildirilib.