Home Hadisə Yenidoğulan körpənin ölümünə görə ginekoloqa cinayət işi açılıb

Yenidoğulan körpənin ölümünə görə ginekoloqa cinayət işi açılıb

3849
0

Şirvanda yenidoğulmuş uşağının ölümünə görə, ginekoloqa cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, şəhər sakini Aytac Miriyevanın 26 avqust 2022-ci ildə Şəhər Mərkəzi Xəstəxanasında yenidoğulmuş uşağının ölməsi ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölüb.

S

evinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Previous articleİlham Əliyev Gürcüstana səfər edib
Next articleZakir Həsənov Türkiyə səfərində

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here