Home Dünya Bu, möhtəşəm qarşılanma idi: “3-cü Qardaş” rəsmiləşdi

Bu, möhtəşəm qarşılanma idi: “3-cü Qardaş” rəsmiləşdi

217
0

Azərbaycan liderinin 12 illik fasilədən sonra Özbəkistana səfəri təkcə Bakı-Daşkənd xəttində yeni mərhələnin başlanması yox, həm də türk coğrafiyasının dərin interasiyası baxımından önəmli məqamdır: 10 il sonra (sonuncu yüksək səviyyəli səfər 2012-ci ildə İslam Kərimovun Bakıya gəlişi idi) iki ölkə qardaşlığı rəsmiləşdirir və Türkiyə-Azərbaycan tandeminə Özbəkistanın da daxil edilməsi prosesi başlanır.

Əliyevin Özbəkistan səfəri təkcə Azərbaycan-Özbəkistan münasibətlərində yox, bütövlükdə türk dünyasının birliyində tarixi məqamlardan hesab oluna bilər. Əliyev və Mirziyayevin bir-birinə “qardaşım” xitabında da çox şey əks olunur, bu ifadə türk dünyasında Ərdoğanla Əliyevin münasibətlərinə məxsusdur və indi özbək liderə də ünvanlanır. Və Əliyevin Daşkənddə Ərdoğanın Bakıda qarşılandığı kimi qarşılanması böyük tablonun ən mühüm detalıdır.

2019-cu ildə Bakıda keçirilən Türk Zirvəsi türk coğrafiyasında yeni çağın başlanması idi:

– Özbəkistanın Türk Şurasına (Türk Dövləti Təşkilatı) üzvlüyü rəsmiləşdi;

– Əliyev Zirvədə elan etdi ki, Zəngəzur türk dünyasının coğrafi parçalanması nöqtəsidir.

Bir il sonra Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əsas nəticələrindən biri kimi Zəngəzur dəhlizinin gündəmə gəlməsi coğrafi parçalanmanın aradan qaldırılması, türk dünyasının bütövləşdirilməsi planında həlledici açara çevrildi. Ardınca Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi, Türkmənistanın təşkilata gətirilməsi, Mərkəzi Asiya ölkələri ilə dərin inteqrasiya istiqamətində atılan addımlar üç il öncə Bakıda Əliyevin çağırışı ilə başlanan yeni çağın güclü təməllərinin atıldığını göstərir.

Bunun fonunda Əliyevin Özbəkistanda türk dünyasının 100 il sonra coğrafi parçalanmasını aradan qaldıracaq lider kimi qarşılanması təsadüfi deyil.

Və iki liderin görüşündən tutmuş çıxışlarına qədər hər şeydə mühüm mesajlar var:

– Şövkət Mirziyayev İlham Əliyevlə Daşkənddə görüşür, kameralar önündə qucaqlaşırlar;

– Heydər Əliyev Meydanının açılışında iştirak edir və yenə səmimi görüntülər verirlər;

– Daşkənddə Əliyevi qarşılaşan Mirziyayev Azərbaycan liderini Ürgənc şəhərində də eyni səviyyədə və şəxsən qarşılayır.

Bununla dünyaya “Azərbaycan-Özbəkistan qardaşlığı tarixi köklər üzərində yenidən inşa olunur” mesajı verilir, xalqa qardaşlığın nümunəsi göstərilir və siyasi inteqrasiya ilə yanaşı, ictimai yaxınlaşmanın da təməli atılır.
Əliyevin özbək torpaqlarında Xarəzmşahlar dövlətinin paytaxtı olan Ürgəncə səfər etməsi də təsadüfi deyildi: rəsmi Daşkənd bununla türk köklərindən uzaqlaşmadığını nümayiş etdirdi, hərçənd, bunun niyə Əliyev üzərindən edilməsi maraqlıdır.

Bunun siyasi baxımdan bir izahı mümkündür: Bakı türk coğrafiyasının birləşdirilməsi missiyasını üzərinə götürür.

Ankara və Bakının illərdir həyata keçirdiyi strategiya artıq bəhrəsini verir, lakin Mərkəzi Asiya coğrafiyasında baş verən son proseslər “birləşmə strategiyasında” Türkiyənin aktivliyinin regional və beynəlxalq oyunçular tərəfindən həzm edilmədiyini və qarşı həmlələrin edildiyini göstərir. Mümkündür ki, türk coğrafiyası üzərindəki təzyiq dalğasını azaltmaq və müdaxilələləri minimallaşdırmaq üçün Bakı-Ankara ikilisi taktiki dəyişikliyə gedir, missiyanın icrasında Əliyev aktiv oyunçu olaraq önə çıxır: hədəf Özbəkistanın Azərbaycan-Türkiyə tandeminə sürətlə qoşulmasıdır.

Liderlərin çıxışında bu məqamlar aydın şəkildə öz əksini tapdı:

Birincisi, iki ölkə arasında strateji bəyannamədən tutmuş bütün sahələri əhatə edən sənədlər imzalandı və liderlər nümayəndə heyətlərinə icra prosesini sürətlənməsi məqsədilə tapşırıqlar verdi;

İkincisi, ikitərəfli əlaqələrdə atılacaq addımların ilk nəticələri noyabr ayında, Əliyevin Səmərqəndə səfəri zamanı yoxlanılacaq;

Üçüncüsü, tərəflər 2023-cü ildə konkret nəticələrin əldə edilməsini planlaşdırır.

Əliyev və Mirziyayevin çıxışında iki məqam da diqqət çəkdi:

a) Əliyev nümayəndə heyətlərinə verilən tapşırıqlarla bağlı bildirdi ki, “onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq”: bu, iki ölkənin dərin inteqrasiyasında liderlərin nə qədər qərarlı olduğuna dəlalət edir;

b) Mirziyayev bəyan etdi ki, “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var”: burada üçüncü ölkələrə, xüsusilə türk dünyasının inteqrasiyasına qarşı olanlara “birlik” mesajı verilir.

Səfər zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi köklər üzərində yenidən qurulmasının təməli atıldı. Mirziyayevin çıxışı bu kontekstdə xüsusilə diqqət çəkir: Özbəkistan lider bildirdi ki, “özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi”. Və bununla həm də Nizami Gəncəvini mənimsəmək istəyən ölkələrə onun Azərbaycan şairi olduğunu, hətta Əlişir Nəvai tərəfindən ustad olaraq qəbul edildiyini çatdırdı. Və ən mühüm məqam: Türkiyə ilə qardaşlıq Heydər Əliyevin “Bir millət iki dövlət” özülü üzərində inşa edilib.
Özbəkistan məhz bu dəyəri qabartdı – liderlər Heydər Əliyevin abidəsinin açılışı ilə qardaşlıq bağı quruldu.

Strategiyanın hansı zamandan əsasının qoyulduğu gün kimi aydındır.

Bu strategiya 7 Qardaşa doğrudur…

Previous articleİranın düzəltdiyi “şeyx” Şeyxdən Borçalını aldı
Next articleVI Xəzər Sammitinin keçiriləcəyi tarix açıqlanıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here