Home Digər Kəlbəcər yolu buz bağladı, 13 dərəcə şaxta var

Kəlbəcər yolu buz bağladı, 13 dərəcə şaxta var

3989
0

Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Sosialxəbər.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, “Zəfər yolu”nda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Toğanalı-Kəlbəcər-İstisu yolu – Yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Quba-Bakı yolu – Yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

Giləzi-Xızı yolu – Yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Qobustan-Şamaxı yolu– Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şamaxı-Muğanlı yolu – Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı-Ağsu, Muğanlı-İsmayıllı yolu – Yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolu – Yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 6-8 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki-Qax-Zaqatala yolu– Yağıntı yoxdur, marşrut boyu 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy yolu -Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14 dərəcə, Şəmkir rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Gəncə-Daşkəsən yolu– Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt-Astara yolu– Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Masallı-Yardımlı , Lənkəran-Lerik yolu– Yağıntı yoxdur. Yardımlı rayonu ərazisində 8-9 dərəcə, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolu– Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul-Bəhramtəpə-Horadiz yolu– Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Previous articleAbşeron sakini qonşusunun evində faciəvi şəkildə öldü
Next articleİrandan 22,5 kq narkotikin keçirilməsinin qarşısı alındı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here