Home Şəhidlər Qəhrəman şəhidin adına bulaq inşa edilib – FOTO

Qəhrəman şəhidin adına bulaq inşa edilib – FOTO

6507
0

Sosialxəbər.az xəbər verir ki, Gəncə şəhərində Vətən müharibəsi şəhidi Oqtay Məmmədovun adına inşa edilən bulaq istifadəyə verilib.

“Şəhid bulağı”nın açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhidin döyüş yoldaşları və yerli sakinlər iştirak ediblər.

Oqtay Məmmədov 1994-cü ildə Gəncədə anadan olub. 

O, döyüşlərə könüllü qatılıb. 2020-ci il noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 

Tədbirdə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan ordusunun şəhidlərin qanını yerdə qoymadığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan böyük qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, şanlı zəfər tarixini yazan vətən oğulları Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.

Previous articleVətən müharibəsi şəhidinin doğum günüdür
Next articleRusiyanın Jirinovski üzü-Əkrəm Bəydəmirli

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here