Home Sosial Bərdədə az yaşlı qızın evləndirilməsinin qarşısı alındı

Bərdədə az yaşlı qızın evləndirilməsinin qarşısı alındı

4015
0

30 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, növbəti dəfə erkən evliliyin qarşısını alınıb.

Qeyd edək ki, Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılıb, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib. Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib.

Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə görə (Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə) bu əməli törədən şəxslər 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.Qeyd edək ki, bir neçə gün öncə Bakıda 17 yaşlı qızın zorla evləndirilməsinin qarşısı alınıb.

Previous articleHacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza haqqında
Next articleİlham Əliyev Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here