Home Siyasət Heydər Əliyev adına Hərbi İnstitutda qonaq olan  Tacikistan MN-in nümayəndə heyəti

Heydər Əliyev adına Hərbi İnstitutda qonaq olan  Tacikistan MN-in nümayəndə heyəti

7539
0

Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Müdafiə Nazirliyindən Sosialxeber.az-a verilən məlumata görə, qonaqlara hərbi institutun tarixi və fəaliyyəti barədə brifinq təqdim edildikdən sonra hərbi təhsil sisteminin inkişaf perspektivlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Tacikistan Respublikasından Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlarla görüşüb, onlarla söhbət aparıb və təhsilləri ilə maraqlanıblar.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası, muzeyi ilə tanış olub, eləcə də tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Previous articleFüzulidə AĞIR QƏZA: yaşlı qadın öldü
Next articleQHT sədri: Özümə oxşayanla tanış olsam bəlkə məyus olaram 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here