Home Hadisə Azərbaycanda 45 yaşlı kişi qatarın altında qaldı

Azərbaycanda 45 yaşlı kişi qatarın altında qaldı

758
0

İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini, 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Ucar Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Previous articleEyvazov mayoru yüksək vəzifəyə təyin etdi
Next articleYevlaxda ata və oğlu saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here