Home Şəhidlər Şəhid bulaqlarının su pulunu kim ödəyir? – “Azərsu”dan AÇIQLAMA

Şəhid bulaqlarının su pulunu kim ödəyir? – “Azərsu”dan AÇIQLAMA

7042
0
Şəhid bulaqlarının su pulunu kim ödəyir? -<span style=color:#ff0000> “Azərsu”dan AÇIQLAMA</span>

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın adını yaşatmaq üçün müxtəlif tədbirlər görürülür. Bunlardan biri də şəhid bulaqlarının tikilməsidir.

Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra şəhid bulaqlarının tikintisi daha geniş vüsət alıb. Az qala hər gün şəhid bulağının açılışı barədə xəbər yayılır. 1-ci Qarabağ müharibəsindən sonra təməli qoyulan bu ənənə indi daha geniş yayılıb. Ancaq o da məlumdur ki, əvvəlki təcrübədə şəhid bulaqlarının suyunun kəsilməsi hallarına da tez-tez rast gəlinib. Tikintisindən müəyyən müddət keçdikdən sonra ya baxımısız vəziyyətdə qalıb, ya da bulağın suyu kəsilib.

Maraqlıdır, indi şəhid bulaqları hansı qurumun balansına verilir?

Mövzu ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, bulaqların tikintisi adətən şəhid ailələrinin şəxsi təşəbbüsü, yaxud icra hakimiyyəti və yerli bələdiyyələr tərəfindən həyata keçirilir.

Qurum şəhid bulaqlarının kimin balansında olması məsələsinə də aydınlıq gətirib: “İcra hakimiyyəti və ya yerli bələdiyyələr tərəfindən tikilən bulaqlar həmin təşkilatların, fərdi şəkildə tikilən şəhid bulaqları isə fərdi şəxslərin adına qeydiyyatda olur”.

“Azərsu” şəhid bulaqlarının suyunun ödəniş edilməməsi səbəbindən kəsilmədiyini bildirib:

“Şəhid adına tikilən qeydiyyatlı bulaqların suyu kəsilmir. Bununla bağlı hər hansısa fakt olarsa, araşdırılacaq. Su pulu məsələsinə gəldikdə, icra nümayəndəliyi və ya bələdiyyələr tərəfindən tikilən bulaqların ödənişi müvafiq olaraq həmin təşkilatların hesabına, şəhid ailələri və ya hər hansı fərdin şəxsi təşəbbüsü ilə tikilən bulaqların ödənişi isə birmənalı olaraq həmin şəxslər tərəfindən həyata keçirilir”.

Previous articleHello world!
Next articleGame of Hacks – See How Good You Are

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here