Home Hadisə Füzulidə AĞIR QƏZA: yaşlı qadın öldü

Füzulidə AĞIR QƏZA: yaşlı qadın öldü

659
0

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sosialxeber.az xəbər verir ki, hadisə Mincivan-Hacıqabul yolunun 118-ci kilometrliyində qeydə alınıb. 30 yaşlı Kərimli Cəlal Abil oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını ötmə əməliyyatı edərkən 44 yaşlı Məmmədov Elşən Əmir oğlunun idarə etdiyi “Daewo” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Daewo” aşıb. Nəticədə minik maşınının sərnişini 67 yaşlı İmaməliyeva Rahilə Hidayət qızı yerindəcə keçinib. Hər iki sürücü isə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Previous article“20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb
Next articleFüzulidə AĞIR QƏZA: yaşlı qadın öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here