Home Uncategorized ŞAYHM ictimai birliyinin hazırladığı medallar şəhid ailələrinə təqdim edildi

ŞAYHM ictimai birliyinin hazırladığı medallar şəhid ailələrinə təqdim edildi

5777
0

Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyinin ofisində növbəti iclas keçirilib. SİA-nın verdiyi məlumata görə, iclası giriş sözü ilə açan təşkilatın sədri Rövşən Ağamalıyev Türküyədə zəlzələ zaman və vətən uğrunda şəhid olmuş insanların xatrisini bir dəqiqəlik sükütla yad etməyi xahiş edib.

Sonra İctimai birliyin Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimovun səhəti ilə bağlı iclasda iştrak etmədiyi üçün onun tədbir iştirakçılarına salamı çatdırılıb. İclasın məqsədi Aprel döyüşlərində və II Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin adlarına hazırlanmış medalların valideyinlərinə təqdim etmək olub.

Rövşən Ağamalıyev medalların indiki çətin vəziyyətdə Ukraynada hazırlanaraq ölkəmizə gətrilməsindən danışıb. Qeyd edib ki, mərhələli şəkildə hər bir şəhidin adına hazırlanacaq medalların ideya müəllifi Niyaməddin İbrahimovdur. Aprel şəhidi Fəxrəddin Qurbanlının adına hazırlanmış medal atası Seyfəddin Qurbanova, II Qarabağ müharibəsində şəhid olmuş moyur Elçin Mənsurovun anası Məleykə Mənsurovaya, İman və Bəhrəm Məmmədzadə qardaşlarının medalı isə atası Elman Məmmədova təqdim edilib. Hər üç şəhid ailələri təşkilatın sədri Rövşən Ağamalıyevə və NTK-nın sədri Niyaməddin İbrahimova öz minnətdarlıqlarını bildiriblər.

Medalları şəhid atası Seyfəddin Qurbanova İctimai birliyin Zəngilan rayon təşkilatının sədri Cavid Həmzəyev, şəhid atası Elman Məmmədova Xəzər rayon təşkilatının sədri Günel Məmmədova və şəhid anası Məleykə xanıma isə təşkilatın koordinatoru Samirə İbrahimova təqdim ediblər.

Sonra təşkilati məsələlərə baxılıb. İctimai Birliyin Quba rayonu təşkilatının sədri vəzifəsinə Səbuhi Rüstəmov təyin edilib. Ona işlərində uğurlar arzulanıb. Yeni sədr İctimai Birliyin rəhbərliyi tərəfindən qarşıya qoyulan işlərin yüksək səviyyədə həyata keçirəcəyinə söz verib.

Previous article“Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyi tərəfindən ” 20 Yanvar şəhidlərinin” anımı ilə bağlı daxili iclas həyata kecirilib”
Next articleŞəhid ailələrinə yardım və hüquqların müdafiəsi ictimai birliyinin növbəti daxili iclası keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here