Home Hadisə Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı

Zaqatalada beş yaşlı uşaq qaynar suda yandı

651
0

Zaqatalada beş yaşlı uşaq qaynar su olan qaba yıxılıb.

Sosialxəbər.az APA-a istinadən şimal-qərb bürosunun məlumatına görə, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub.

Xanım Dəmirovaya 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

Xanım Dəmirovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Previous article“Mehdiçilər”in nə istəyirdilər, nə oldu… – Fərid Şəfiyev
Next articleİsrailli ekspert xəbərdarlıq etdi: Ermənilər hazırlaşır!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here