Home Dünya İsrailli ekspert xəbərdarlıq etdi: Ermənilər hazırlaşır!

İsrailli ekspert xəbərdarlıq etdi: Ermənilər hazırlaşır!

261
0

Prezident İlham Əliyev və Azərbaycan Xarici İşlər Nazirliyinin sülh prosesinə başlamaq və ən qısa zamanda hərtərəfli sülh imzalamaq üçün çoxsaylı müdrik və diplomatik cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi bütün bu sülhsevər layihələri rədd edir və sülh istəmir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel “Qisas” antiterror əməliyyatı ilə bağlı deyib.

“Paşinyan başa düşürdü ki, sülh lazımdır, çünki yalnız bu, Ermənistana siyasi və iqtisadi böhrandan çıxmaq üçün böyük üstünlüklər verəcəkdi. Lakin sonra Ermənistanda arxasında müxalifətin dayandığı çoxsaylı etiraz aksiyaları keçirildi. Beləliklə, Paşinyan hakimiyyəti saxlamaq və narazı təbəqəni sakitləşdirmək qərarına gəldi. Bundan sonra Azərbaycanın işğaldan azad edilmiş Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü ehtiva edən sülh sazişinin imzalanması bir kənara qoyuldu. Paşinyan müsbət istiqamətdə addımlar atmadı, əksinə, o, sərhəddə təxribatlara başlamaq, qan tökmək və yenidən ordusunu səfərbər etmək, gənclərin beynini yuyub onları Azərbaycana qarşı qoymaq qərarına gəldi. İndi isə Qarabağda yeni müharibə edərək, bunun nəticələrini gözdən keçirmək niyyətindədir”, – ekspert bildirib.

M.Finkel Qarabağ hadisələrinin gələcək inkişafı ilə bağlı da proqnoz verib:

“Mən dəfələrlə demişəm ki, dünyaya inanmıram. Həmçinin bunu da dəfələrlə bildirmişəm ki, Birinci Dünya müharibəsində uduzan Almaniya belə yenidən revanşizmlə məşğul olmağa başlayıb və İkinci Dünya müharibəsini edib, yenidən uduzub. Beləliklə, revanşizm onların qanında həmişəlik qalıb. Təəssüf ki, mən haqlıyam, amma yanılmaq istərdim. Vəziyyət belədir ki, Ermənistan müharibə və qarşıdurma yolu ilə öz qüvvələrini artıracaq, silahlar alıb yenidən münaqişə yaradıb müharibəyə başlamağa çalışacaq… İrəvan üçün indi hər şey qələbə olacaq, istənilən torpaq parçası onlar üçün qisasdır. Mən yeni böyük bir müharibəni qabaqcadan görürəm, amma o dərhal olmaya bilər. Ermənilər sülh istəməyən xalqdır… Bu, Ermənistanın ən böyük bədbəxtliyidir. Həmçinin, Azərbaycanın da ən böyük bədbəxtliyi belə qonşusunun olmasıdır”.

Previous articleZaqatalada beş yaşlı uşaq qaynar suda yandı
Next articleNeft yenidən bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here