Home Dünya Putin uduzur, bu addıma məcbur olacaq – Bir az gözləyək…

Putin uduzur, bu addıma məcbur olacaq – Bir az gözləyək…

82
0

Ukrayna və Rusiya artıq danışıqların 3 raundunu keçirib. Nəticə yalnız humanitar dəhlizlərdir, o da kağız üzərində.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

O bildirib ki, Rusiya ordusu nasistdir, ona görə də təxliyə kolonlarını və mülki əhalini atəşə tutur:

“Ancaq qısa müddətdən sonra danışıqlar fərqli olacaq. Çünki o danışıqlarda Putin maraqlı olacaq.

Putin – faşistdir, nasistdir, o, yaxşı bilir ki, bizim insanlar mühasirədə zirzəmilərdədir. Mariupoldan başqa Kiyevətrafı şəhərlərdə də vəziyyət gərgindir. İnsanlar orda susuz, qida və dərmansız dəhşətli ölümlə üz-üzədir. Xarkovda vəziyyət az-çox sakitdir. Kiyevdən isə artıq çoxları gedib”.

Geraşenkonun sözlərinə görə, mübarizə qabaqdadır:

“Ancaq Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə müəyyən vaxta qədər gözləmək lazımdır və Putin özü danışıqlara gedəcək. Biz həm də illərdir Putinin əlində qalan Rusiya üçün savaşırıq”.

Previous articleDüşmən tanklarla Şuşaya əks-hücuma keçdi
Next articleZelenski Kremlə mesaj verdi: Bu güzəştlərə niyə gedir?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here