Home Dünya Xankəndində mitinq keçirilib

Xankəndində mitinq keçirilib

3436
0

“Xankəndində təşkil edilən mitinqin arxasında xarici qüvvələrinin əli var”.

Bunu BiG.AZ-a danışan deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, Xankəndində keçirilmiş mitinqin təşkilatçılarının məqsədi bəllidir:”Onlar çalışırlar ki, 44 günlük Vətən müharibəsindən sonra sarsılmış erməni separatçılığını bərpa etsinlər. Əsas məqsəd isə bu gün Soçi şəhərində Vladimir Putinin vasitəçiliyi ilə, cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə maneə törətməkdir.

Hər zaman bu cür görüşlərdən əvvəl öz mövqelərini möhkəmlətmək üçün, tərəflər təzyiq xarakterli diplomatik metodlardan istifadə edirlər. Hətta, təxribatlar törədilir. Bəzi hallarda isə, terrorçulardan da istifadə olunur ki, məqsədə nail olunsun. Konkret olaraq, ermənilər Soçi görüşündən müəyyən imtiyazlar əldə etmək üçün Xankəndində mitinq təşkil etdilər”.

Deputat vurğulayıb ki, ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin imzalanması nəzərdə tutulur:”Paşinyan partiyasının qurultayında çıxış edərkən bildirdi ki, dünya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq görür. Lakin Rusiyanın müəyyən qüvvələri tərəfindən qızışdırılan separatçılar bütün vasitələrdən istifadə etməklə özlərini Rusiyanın bir hissəsi kimi təsdiq etdirməyə çalışırlar. Burada əsasən daşnak xislətli rusiyalı ermənilərdən daha çox, ermənipərəst, bədnam “Lazarev” klubunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bu günlərdə İrəvanda keçirilən iclasda həmin klubun üzvləri olduqca aqressiv tərzdə regionda düşmənçiliyin yeni toxumlarını səpdilər. Hesab edirəm ki, bu gün biz soyuqqanlı olmalı, Soçi görüşünün nəticələrini gözləməliyik.

E

rməni separatçılarının hansı təxribatları törətməklərindən asılı olmayaraq, gözlənilən sülh müqaviləsi imzalanacaq və Ermənistan, onun havadarları məğlubiyyətləri ilə barışmalı olacaqlar. Ondan sonra biz Laçın dəhlizində nəzarət sistemini quracağıq. Erməni separatçıları çirkin niyyətlərindən əl çəkmədikləri halda biz digər vasitələrdən də istifadə edəcəyik”.

Previous articleValideynlərə XƏBƏRDARLIQ
Next articleKəlbəcərdə ermənilərin işgəncə ilə öldürdükləri ehtimal olunan skeletlər tapılıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here