Home Dünya Qazaxıstan ssenarisi Qafqazda təkrarlana bilər? – Silayev

Qazaxıstan ssenarisi Qafqazda təkrarlana bilər? – Silayev

88
0

Regionun problemləri hələ həllini tapmasa da, Qazaxıstan ssenarisinin Cənubi Qafqaz ölkələrində təkrarlanması ehtimalı çox azdır.

Sosialxəbər.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

“2020-ci ilin yayından biz Gürcüstanda indi daha kəskin və ya zəif olan siyasi böhranı müşahidə edirik. Amma bu, kütləvi etirazların olduğu Qazaxıstanda gördüyümüzdən tamamilə fərqlidir. Qafqaz ölkələrinin heç birində silahlı iğtişaş ehtimalı yoxdur”, – N.Silayev söyləyib.

Ekspert qeyd edib ki, region dövlətləri çox fərqli şəkildə təşkil olunub:

“Ermənistanda siyasi narazılığın ifadə mexanizmləri var. Bu, Gürcüstanda da mövcuddur, baxmayaraq ki, ölkənin siyasi sistemi açıq-aşkar öz işini zəif yerinə yetirir. Azərbaycanda isə buna yanaşmalar daha fərqlidir”.

Previous articleMarixuana çəkib, maşın sürənlərə hansı cəzalar verilir?
Next articleİsmayıllı rayonunda 79 yaşlı qadın evdə yanaraq ölüb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here