Home Milli Məclis Yevlax rayonunda şəhidlər xiyabanına ziyarət təşkil olundu

Yevlax rayonunda şəhidlər xiyabanına ziyarət təşkil olundu

245
0

Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının və Təhsil Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Əsgərov Sadiq Elbəyi oğlunun doğum günü münasibətilə Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhid ailəsinin nümayəndələrinin,qazilərin,rayon sakinlərinin iştirak etdiyi mərasimdə, şəhidin ruhuna dualar oxunub,məktəblilərin onun xatirəsinə hazırladığı bədii kompozisiya dinlənilib. Tədbir çərçivəsində Yevlax şəhər UGİŞM-nin şəhidin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə rayon turnirinin qaliblərinə fəxri-fərmanlar təqdim olunub. Şəhidin ailə üzvlərinə dərin hüzünlə başsağlığı verilib,şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.Sonra şəhidin rayonun Nemətabad kəndində yaşayan ailə üzvləri ziyarət edilib,qayğıları ilə maraqlanılıb.Allah bütün şəhidlərimizə rəhmət etsin.

Previous article“Demokratiya pərdəsi altında oyun qurulub” – İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI
Next articleYeni Qanundan gözləntilərimiz- Mətanət Əsgərqızı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here