Home QHT “Demokratiya pərdəsi altında oyun qurulub” – İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI

“Demokratiya pərdəsi altında oyun qurulub” – İCTİMAİ BİRLİYİN SƏDRİ AÇIQLADI

353
0

“Dünyanı “avtoritarizmə yuvarlanmaqdan xilas etmək” devizi altında ABŞ-ın təşəbbüsü və rəhbərliyi altında “demokratiya” sammiti keçirilir. Dırnaqarası “demokratiya” sammitinə dəvət alan və dəvət olunmayan ölkələrin siyahısına baxanda elə bəlli olur ki, bu sammitin arxasında demokratiya yox, geosiyasi maraqlar dayanır.” Bu sözləri Sosialxəbər.az – a verdiyi açıqlamasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, başda Ermənistan, Gürcüstan, Nigeriya və başqa avtoritarizmin hökm sürdüyü dövlətlərin dəvət aldığı sammitə Azərbaycanın, Türkiyənin timsalında demokratik dəyərlərə yüksək qiymət verən ölkələrin dəvət almaması onu göstərir ki, bu sammit demokratiya pərdəsi altında keçirilir və burada demokratiyadan söhbət belə gedə bilməz, yalnız oyun qurulub.

“ABŞ bütün dünyaya demokratiya barədə car çəkməsinə baxmayaraq bu ölkənin özündə hələ klassik demokratiya yoxdur və əgər bu ölkənin prezidentini vətəndaşlar seçmirlərsə, hansı demokratiyadan dəm vurduqları bəlli olur. Son prezedent seçkilərindən sonra Donald Trampın televiziyaya, mediaya çıxışı məhdudlaşdırılırdısa, ümumiyyətlə bağlanırdısa, deməli bu ölkədə demokratiya deyilən ali dəyərdən əsər-əlamət ola bilməz. Üstəlik bu ölkə sammitə öz maraqları kontekstində istədiyi dövlətləri dəvət edir, istədiyini dəvət etmirsə, bu o deməkdir ki, ABŞ özü bilərəkdən dövlətləri, maraqlarına xidmət edən və etməyən olmaqla iki cəbhəyə ayırmağa çalışır. Onlar üçün demokratiya tamamilə sonuncu dərəcəli məsələdir, əks halda Azərbaycanı və Türkiyəni də dəvət edərdilər, çünki demokratiya Ermənistanda, Gürcüstanda, Nigeriyada deyil, məhz bizim ölkəmizdə və qardaş Türkiyədə hökm sürür.

Sözügedən sammitə Azərbaycanın dəvət olunmaması qərəzli mövqeyin nümayişidir. Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan, multikulturalizmi dövlət siyasəti olaraq qəbul edən Azərbaycanın bu sammitə dəvət almaması məhz qərəzli yanaşmanın təsdiqidir. Ermənistan kimi monoetnik, terrorçu, işğalçı ölkənin ABŞ tərəfindən sammitə dəvət edilməsi burada demokratiyanın müzakirə mövzusu olmaması analmına gəlir. Dırnaqarası “demokratiya” sammitinə Mərkəzi Asiya ölkələri də daxil olmaqla heç bir türkdilli dövlət və islam dünyası ölkələrinin əksəriyyətinin dəvət almaması da onu göstərir ki, demokratik dəyərləri ABŞ elə özü pozur”, deyə Mehriban Abdullayeva bildirib.Müəllif: İnam Hacıyev

Previous articleSOCAR: “Qaz ixracından əldə olunan gəlirlər neftlə müqayisədə daha əhəmiyyətli rola sahib olacaq”
Next articleYevlax rayonunda şəhidlər xiyabanına ziyarət təşkil olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here