1 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Stokholma yola düşüb.
Sosialxəbər.az bildirir ki, XİN-dən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.