Home Qarabağ Ötən gün şəhid olan “İşçi Nəbiyev” əslində kimdir?

Ötən gün şəhid olan “İşçi Nəbiyev” əslində kimdir?

290
0

Ötən gün baş verən qəza zamanı şəhid olan hərbçilərimizdən biri də rəsmi siyahıda adı “işçi Nəbiyev” kimi qeyd olunan polkovnik Elçin Fikrət oğlu Nəbiyevdir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bidlirilib ki, təqaüddə olan polkovnik Elçin Nəbiyev Rail Rzayevin (2009-cu ildə qətlə yetirilib – red.) kadrı olub:

“Azərbaycanın baş şturmanı, “naviqasiyanın atası”, HHMQ və HHQ Baş Qərargah rəisi işləyib. İlk və yeganə azərbaycanlıdır ki, SSRİ zamanında MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Könüllü olaraq Azərbaycan Ordusuna döndükdən sonra (Birinci Qarabağ müharibəsi zamanı) ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ müharibəsində uğurlu əməliyyatların hazırlanmasının müəlliflərindən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir”.

Previous articleCeyhun Bayramov İsveçə getdi
Next articleNazarbayev İlham Əliyevə başsağlığı verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here