Home Uncategorized Şəhid Mehrab Niftəliyevin il dönümü keçirilib

Şəhid Mehrab Niftəliyevin il dönümü keçirilib

3614
0

Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Bu gün Mehrab Niftəliyevin Sumqayıt şəhərində il dönümü keçirilib. “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi ictimai birliyi”-nin üzvləri il dönümün də iştirak edib. Il dönümü ilk öncə Sumqayıt şəhidlər xiyabanında şəhidin məzarını ziyarət etməklə başlayıb. Şəhid ailələri, yaxınları və sevdikləri tərəfindən yad olunub, dualar edilib.

Daha sonra isə Qayalı mərasim evində ehsan süfrəsi ilə başa çatmışdır.

Previous articleFəzail Ağamalıdan “uşaq pulu” ilə bağlı açıqlama
Next articleİLHAM ƏLIYEV Türkiyəyə başsağlığı verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here