
Udmurtiyanın İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma zamanı uşaqlar arasında ölən olub. Sosialxeber.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə respublikanın başçısı Aleksandr Breçalov “Telegram” kanalında məlumat verib.Bu gün Udmurtiyada faciə baş verib. Naməlum şəxs məktəbə girərək mühafizəçini öldürüb. Uşaqlar arasında da ölən və yaralananlar var”, – deyən Breçalov hazırda təhsil müəssisəsinin şagird və müəllimlərinin təxliyyəsinin başa çatdığını vurğulayıb.Bu gün səhər saatlarında İjevskdə 88 saylı məktəbdə qara geyimli naməlum şəxs atəş açıb. O, əvvəlcə girişdəki mühafizəçini güllələyib. Naməlum şəxs ən yaxın sinifə gedə bildikdən sonra uşaqlara atəş açmağa başlayıb.