Home QHT “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i “Müasir köləliyə biganə qalma!” layihəsinin...

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i “Müasir köləliyə biganə qalma!” layihəsinin icrasına başlayıb

144
0

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir köləliyə biganə qalma!” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-inin sədri Mehriban Abdullayevanın verdiyi məlumata görə həyata keçirilən layihədə İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini həyata keçirmək nəzərdə tutulub. Gənclərlə baş tutacaq görüşlərdə gənclərə maarifləndirici kitabçalar paylanılacaq.
Sözügüdən layihənin icrası müddətində Bakı, Xırdalan və Sumqayıt şəhərlərində gənclərlə görüşlər təşkil olunacaq, problemin həlli istiqamətində psixoloji söhbətlər aparılacaqdır.
Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.

Previous article“Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsinin icrasına başlanıldı
Next articleŞəhid Məftun Əhmədzadə doğma
Tərtər rayonu Evoğlu kəndində dəfn olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here