Home QHT “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsinin icrasına...

“Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsinin icrasına başlanıldı

320
0

Sosialxəbət.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdır.

İB-in sədri Fatma Hacıyevanın verdiyi məlumata görə ilkin olaraq gənclər və yeniyetmələr arasında erken nikahların fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə maarifləndirici kitabçalar hazırlanıb çap olunacaq.

Layihənin icrası davam edən sonrakı aylarda isə orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclərlə silsilə görüşlər təşkil olunacağı və çap məhsullarının onlara paylanılacağı nəzərdə tutulur.

Qeyd edək ki, sözügüdən layihənin 3 ay müddətində İsmayıllı və Quba rayonları, eyni zamanda Bakı şəhərində icrası nəzərdə tutulub.

Previous article“Şanlı Vətənim Azərbaycan!” layihəsinin icrasına start verildi
Next article“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i “Müasir köləliyə biganə qalma!” layihəsinin icrasına başlayıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here