Home Qarabağ Ağstafada şəhidlə vida mərasimi başladı – Foto

Ağstafada şəhidlə vida mərasimi başladı – Foto

328
0

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Tahir Çingiz oğlu Əliyev ilə vida mərasimi başlayıb.

Sosialxəbər.az xəbər verir ki, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Previous articleNeft yenidən bahalaşdı
Next articleSəfirliyimizə hücumla bağlı cinayət işi açıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here