Home İdman Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

1925
0

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri V turun görüşlərinə çıxacaqlar.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, dünən Türkiyə önündə büdrəyən kişi millisi Kuba ilə qarşılaşacaq. Məğlubedilməz olan qadın millisi isə güclü Ukraynanın müqavimətini qırmağa çalışacaq.

Azərbaycan – Kuba

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres

Rauf Məmmədov – Karlos Albornos Kabrera

Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres

Nicat Abbasov – Omar Almeyda Kintana

Ukrayna – Azərbaycan

Mariya Muzıçuk – Günay Məmmədzadə

Anna Muzıçuk – Gövhər Beydullayeva

Anna Uşenina – Gülnar Məmmədova

Nataliya Buksa – Ülviyyə Fətəliyeva

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi hazırda Slovakiya və Rumıniya ilə birgə 7 xalla 12-14-cü yerləri paylaşır. Qadınlardan ibarət yığma isə 8 xalla Fransa və Ukrayna ilə birgə 2-4-cü yerləri bölüşdürür.

Previous articleƏrəb turistləri Bakıda hansı ölkələrdən gələnlər əvəzləyəcəklər? – VİDEO
Next articleCavanşir Quliyev əməliyyat olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here