Home QHT Toxum təminatında hökümətin tam nəzarəti olmalıdır – Ekspert

Toxum təminatında hökümətin tam nəzarəti olmalıdır – Ekspert

637
0

Bu gün ərzaq təhlükəsizliyinin ənənəvi təmini qlobal zərurətə çevrilib. Bu həm lokal müharibələrlə, həm də qlobal istiləşmə ilə əlaqələndirilir.

Bunu iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə taxıl istehsalının artırılmasının vacibliyi ilə bağlı fikirlərinə münasibətində deyib.

Xatırladaq ki, Prezident sözügedən müşavirədə deyib ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib:

“İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücəndirəcəkdir”.

Ekspert bir qədər tarixə ekskurs edərək qeyd edib ki, ölkəmizdə təxminən e.ə 6-cı və 4-cü minilliklərdən əkinçilik və heyvandarlıq əhalinin əsas məşğuliyyəti olmuş və insanların iqtisadi həyatının əsasını təşkil etmişdir. Bu dövrdə taxılın əkilib, biçilməsi ən primitiv üsullarla aparılmışdır. Bu gün elm inkişaf etmiş, artan əhali sayına rəğmən insanların çörək və buğda məmulatlarına olan tələbatı ödəmək üçün intensiv texnologiyadan istifadə olunsa da, Azərbaycan taxıl və digər dənli bitkiləri idxal etməkdə davam edir: “İdxalı minimuma endirmək və daxili istehsalı artırmaq üçün əhəmiyyətli işlər görülməlidir.

Torpaq resursları məhdud olduğundan ekstensiv yolun prespektivi yoxdur. Dünya təcrübəsindən və ilin ən son nailiyyətlərindən istifadə edərək 1 ha məhsuldarlığın artırılması lazımdır. Bizdə təbii-iqlim şəraiti də imkan verir ki, məhsuldarlıq 70-80 sentner olsun. Ayrı-ayrı təsərrüfatlarda 50-60 sentner əldə edilsə də təəssüflər olsun ki, ölkəmizdə orta məhsuldarlıq 30 sentner ətrafındadır. Bu da tələbatın ödənilməməsinə və taxil idxalına səbəb olur”.

X.Məmmədovun sözlərinə görə, taxılçılıq ərzaq təminatı ilə yanaşı heyvandarlığın yem bazasının möhkəmləndirilməsində, qaba yemlərlə təmin
olunmasında əhəmiyyətli yer tutur.

Bəs taxılçılığın inkişafında əsas prioritet məsələlər hansılardır?

Ekspertin fikrincə, birinci növbədə taxıl səpinindən əvvəl torpağın düzgün işlənməsi lazımdır. Torpaq taxılın evidir. Əgər o ev düzgün tikilməsə gələcək nəticələr mənfi olacaqdır.

İkinci məsələ toxumun düzgün seçilməsidir. Toxum məhsuldarlığın 40 %-ni təşkil etdiyi üçün onun yüksək reppudiksiyada olması və rayonlaşması ən vacib amildir. Yüksək məhsuldarlığın formalaşması aqro-texniki qaydalara ciddi əməl etməklə mümkündür. Azərbaycanda əsasən payızlıq taxıl əkini müəyyən dövrü qış fəsllinə düşür. Odur ki, qışda və erkən yazda bitkilərin qorunmasına xüsusi diqqət edilməlidir.

Üçüncü məsələ yüksək məhsul götürülməsi üçün becərmədə gübrə normalarının düzgün təyin olunması və yemləmənin vaxtında verilməsidir. Səpindən əvvəl 250-300 kq fosfor gübrəsi vacibdir. Azot tərkibli gübrənin 15-20 %-i şum dövründə, 60 %-i erkən yazda kollanma dövründə, 20-25 %-i bonuya çıxma fazasında verilməlidir”.

Bu sahədə ölkəmizdə vəziyyət necədir?

“Real vəziyyət qənaətbəxş deyil. Bu da gübrələrin dünya bazarında qiymətlərinin həddən artıq yüksəlməsi ilə bağlıdır. Dövlətin ayırdığı subsidiya qiymətlərlə uyğunsuzluq təşkil edir. Hökümət bu barədə təxirəsalınmaz tədbirlər görməlidir. Ya subsidiya məbləği artırılmalı, ya da köhnə qaydalara keçirilməlidir. Fermer qiymətin 30 %-ni ödəməli, 70%-ni idxalçı şirkət subsidiyanı almalıdır.

Yuxarıda qeyd olunan toxum təminatında hökümətin tam nəzarəti olmalıdır. Aidiyyatı qurumlar dövlət nəzarətini qaydalara uyğun güzəştsiz həyata keçirilməlidir.

Dördüncü məsələ alaq otlarına və xəstəliklərə qarşı mübarizənin səmərəli aparılmasıdır. Elə xəstəliklər var ki, ona qarşı mübarizə aparmaq fermerin gücü daxilində deyil. Bu məsələdə aidiyyatı icra hakimiyyəti orqanları vaxtında müdaxilə etməlidir. Yəni bitkilərin xəstəliklərdən, gəmiricilərdən qorunmasına diqqət yetirilməlidir”.

X.Məmmədov onu da qeyd edib ki, taxılçılığın inkişafının əsas amillərindən biri də suvarmadır. Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatları qıt ölkədir.

Ona görə də ənənəvi selləmə suvarma sisteminin pivot sistemi ilə əvəz olunması sürətlə yüksək son nəticəyə nail olmağımıza səbəb olacaq yeganə vasitədir: “Amma hər fermerin buna maddi imkanı çatmır. Odur ki, güzəştli sistemlərlə pivet sisteminin qurulmasında əsas iş hökümətin üzərinə düşür.

Mövcud elmi-tətqiqat institutları, təcrübə stansiyalarının rolu da qeyd olunmalıdır. Elit, superelit, 1-ci və 2-ci reproduksiyalı toxumların alınmasında və rayonlaşdırılmasında bu subyektlərin rolu əvəzolunmazdır. Belə qurumların büdcəsi reallığa uyğun olmalıdır.

Hədəfə çatmaq üçün dövlət və özəl təchizat şirkətləri tirəli səpin, sıfır becərmə və minimal becərmənin geniş yayılmasını stimullaşdırma metodlarını işləyib tətbiq etməlidirlər. Işğaldan azad olunmuş rayonlarda dəmyə və suvarılan sahələrdə dənli bitkilərin əkilib becərilməsində taxılçılığın yüksək inkişafına öz müsbət tövhəsini verəcəkdir.

Bu işdə təhsil sahəsinin üzərinə düşən əsas vəzifə orta sahə aqronomlarının hazırlanmasıdır. Çünki ixtisaslı kadr çatışmazlığı da hiss olunur”.

Previous articleDaha bir azərbaycanlı Ukraynada həlak oldu
Next articleBu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here