Home Dünya Azərbaycan dili Türkiyədə tədris oluna bilər

Azərbaycan dili Türkiyədə tədris oluna bilər

242
0

Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər.

Sosialxəbər.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökümətindən bildirilib.

“Türkiyənin bəzi məktəblərində Azərbaycan dilinin könüllü tədrisi istisna edilmir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının ünsiyyət problemi olmasa da, məktəblərdə dilin tədrisi toplumların bir-birinə daha yaxından inteqrasiyası üçün olduqca vacibdir:

“İstanbulun bəzi məktəblərində Azərbaycan dili tədris olunur ki, bu da həm valideynlər, həm də şagirdlər tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan dilinin könüllü tədrisi üçün ilkin mərhələdə pilot məktəblər seçiləcək”.

Hökumətdən o da qeyd edilib ki, Türkiyədə Azərbaycan dilinin tədrisi üçün iki ölkənin aidiyyəti qurumları arasında danışıqların başlanması gözlənilir:

“Türkiyə məktəblərində Azərbaycan dili ilə yanaşı, özbək, qazax, türkmən və qırğız dilinin də tədrisi mümkün olacaq”.

Previous articleAzərbaycan yığması Millətlər Liqasında mübarizəyə başlayır
Next articleXaricdə təhsil üçün tələb olunan bal…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here