Home Hadisə Bakıda polislər qəzaya düşdülər

Bakıda polislər qəzaya düşdülər

848
0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.

Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və “Mercedes-Benz”in sürücüsü ağır bədən xəsarətləri alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Previous articleXaçmazda çaya sel gəldi: Bir nəfər köməksiz qaldı
Next articleXəzər Universitetindəki elan tənqid olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here