Home Cəmiyyət Bakıda küçəyə Xarıbülbül adı veriləcək

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

147
0

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin simvolu olan xarıbülbül çiçəyinin adı paytaxt küçələrindən birinə veriləcək.

Sosialxəbər.az Modern.az-a istinadən əldə etdiyi məlumata görə, xarıbülbül adının simvolik olaraq ədəbiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiyaya təklif irəli sürülüb.

Təklif Bakı meriyasında müsbət qiymətləndirilib.

Hazırda xarıbülbül adının hansı küçəyə verilməsi ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək. Qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.

Previous articleTez varlanmaq məqsədilə həyətini narkotik plantasiyasına çevirən qadın tutuldu – FOTO
Next articleGəncə bölgəsində yaşayan əcnəbilərin inteqrasiyana dair müzakirələr aparılıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here