Home QHT Jurnalistika fakültəsinin tələbələri “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib

Jurnalistika fakültəsinin tələbələri “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib

43
0

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” adlı layihə çərçivəsində “Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər.

Bakı Dövlət Universtetinin Jurnalistika fakültəsinin tələbələrinin iştirak etdiyi ziyarətdə layihə rəhbəri Aynur Nəsirova onlara park haqqında məlumat verib, praktiki dəsr keçib. Bildirilib ki, “Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədi ilə yaradılıb. Ərazisi 5 hektar olan parkda 138 hərbi texnika nümayiş olunur. Hər bir soydaşımız buranı böyük qürur və fəxar hissi ilə ziyarət edir. Müzəffər ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən keçirilən əks-həmlə əməliyyatı nəticəsində əldə etdiyimiz qənimətlərin qarşısında lövhə yerləşdirilib. Parkı ziyarət edənlər həmin qənimətlər haqqında müvafiq məlumatları lövhəni oxumaqla əldə edə bilər. Nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da var. Onlar saz vəziyyətdədir! Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatları da bu sıraya daxil etmək olar.

Tələbələrin diqqətinə çatdırılıb ki, Vətən müharibəsi zamanı informasiya cəbhəsində də döyüşlər gedirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Gənc jurnalistlər həm qənimətlərlə tanış olub, həm də nəzəri bilikləri praktikada tətbiq ediblər. Onlar qənimətlər haqqında stand up edib. Onlar tamaşaçını məlumatlandırmaq üçün hansı informasiyanın verilməsinin daha məqsədəuyğun olması haqqında maarifləniblər.

Eyni zamanda, tələbələr foto-jurnalistika üçün şəkillər çəkiblər.

Previous articleBir qrup miqrant xanım Milli parklara səyahət təşkil etdi
Next articleSumqayıtda “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirləri” təşkil edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here