Home QHT Bir qrup miqrant xanım Milli parklara səyahət təşkil etdi

Bir qrup miqrant xanım Milli parklara səyahət təşkil etdi

158
0

Sosialxəbər.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixində bir qrup miqrant xanımın Milli parklara səyahətinin təşkil edilməsi ilə bağlı ETSN yanında İctimai Şuranın sədr müavini Nərminə Qəribovaya (Davamlı Turizmin İnkişafina Dəstək İctimai Birliyinin sədri) müraciət olunmuşdu.

Müraciət dərhal Nazirliyin aidiyyatı şöbəsinə rəsmi şəkildə yönləndirildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən miqrantların istəyi ilə 09 iyun tarixində onların Hirkan Milli parkına gəzintisi təşkil olundu.

Miqrantlar Hirkan Milli parkı ilə yanaşı Lənkəranın gözəl guşələrini gəzib Xanbulan gölü ətrafında istirahət etdilər.

ETSN yanında İctimai Şuranin sədr müavini Nərminə Qəribova ilə birlikdə Qızıl Aypara Cəmiyyətinin ekspertləri həkim Mətanət xanım Qafarova və Sona xanım Hacıyeva da öz təşəbbüsləri ilə miqrantlara xüsusi əyləndirici və maarifləndirici oyunlar təşkil etdilər.

Ekspertlər tərəfindən ətraf mühitin qorunması, sağlam həyat tərzinin qaydaları, zərərli vərdişlər haqqında məlumat verildi.

Azərbaycanın təbiəti və mədəniyyəti haqqında söhbətlər aparıldı.
Möhtəşəm bir gün keçirdiklərini, əylənərək həm də öyrəndiklərini deyən miqrantlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dərin minnətdarlıq və xeyir dualar etdilər.

Onlar bu turun Azərbaycan və Əfqan xalqı arasında həm də böyük bir dostluq bağı yaradacağını bildirdilər.

Previous article” Biz Narkotiksiz Həyatı Seçirik!” adlı tədbir keçirilib
Next articleJurnalistika fakültəsinin tələbələri “Hərbi Qənimətlər Parkı”nı ziyarət edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here