Home QHT QHT Agentliyinin dəstəyi ilə Şəkidə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir...

QHT Agentliyinin dəstəyi ilə Şəkidə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi

109
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
12 Aprel 2022-ci il tarixində Şəki Şəhər “ Rasim Ocaqov adına Üşaq-Gənclər İnkişaf Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

“İstedadlı Əlillər” Ictimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” adlı tədbir keçirildi.
Tədbirdə Şəki Şhərində fəaliyyət göstərən “ Rasim Ocaqov adına Üşaq-Gənclər İnkişaf Mərkəzi’’-nin rəhbəri Əliyeva Xalidə tədbirə gələn Dövlət qurumlrının numayəndələrini və əlilliyi olan şəxsləri salamlıyaraq Vətən müharbəsi Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək tədbiri acıq elan etdi.
Tədbiri giriş sözü ilə açan İB-in sədri, layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Layihə çərçivəsində Sumqayıt şəhəri, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala və Abşeron rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 01 iyun 2022-ci il tarixinədək davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.
Tədbirdə Məşğulluq Agentliyinin tabeliyində olan Şəki şəhər üzrə Məşğuluq idarəsinin şövbə müdrü İlham Mikayılov əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının qanunvericiliyə uyğunluğu haqqında geniş və ətraflı məlumat verdi. Tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Daha sonura Şəki regianal KOB Dostu Elburus İsgəndərov cıxış edərək layihənin vacibliyi və aktuallığını vurğuladılar.
Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, iştirakçıların təklifləri dinlənildi.
Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

“İstedadlı Əlillər” İctimai Birliyinin
sədri Qubad Qasımov

Previous article“Sağlam həyat, sağlam gələcəkdir” lahiyəsinin hesabat mərhələsinə dair məlumatları
Next articleQHT Agentliyinin maliyyə dəstəyi ilə layihələr uğurla həyata keçirilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here