Home QHT QHT Agentliyinin maliyyə dəstəyi ilə layihələr uğurla həyata keçirilir

QHT Agentliyinin maliyyə dəstəyi ilə layihələr uğurla həyata keçirilir

206
0

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev Mərkəzində məcburi köçkünlərlə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin (İRNİB) icra etdiyi “ İşğaldan azad edilən ərazilərdə məşğulluq məsələləri və dayanıqlı məskunlaşdırma siyasətinin əsasları ” layihəsinin tədbiri keçirilib.

Bu barədə Sosialmedia.az-a İctimai Birliyin sədri Zəminə Səfərova məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində İmişli və Füzuli rayonlarında tədbirlərin keçirilib. Tədbirdə layihənin məqsədi,l fəaliyyəti və mahiyyəti haqqında tədbir iştirakçılara məlumat verib.

Layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, işğaldan azad edilən ərazilərdə sürətli məskunlaşma, məskunlaşmada könüllü iştirakçılığı təşviq etmək, hökumətin məskunlaşdırma siyasətinin dəstəklənməsi, məcburi köçkünlərin həmin ərazilərdə sosial-iqtisadi həyatın necə təşkil ediləcəyi haqqında məlumatlılıq səviyyəsinin artırılması vacib məsələlərdən biridirib.

Tədbirdə iştirak edən Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Gülbahar Eyvazova, Qarabağ regional məşğulluq filialının Füzuli xidmətişöbəsinin baş mütəxəssisiBeyrək Mürsəlzadə,Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Füzuli rayon nümayəndəsi Allahyarov Elmir tədbir iştirakşılarına son illər görülən işlər haqqında məlumat verib və sakinlərin yaşadıqları ərazidə üzləşdikləri problemləri və sualları cavablandırıblar.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib,birbaşa aidiyyatlı qurumların nümayəndələrinə müraciətlər olunub, suallar cavablandırılıb.

Tədbirin yekununda “İnkişaf və Rifah Naminə” İctimai Birliyin sədri, layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maddi dəstəyinə görə və Füzuli rayon İcra hakimiyyəti başçısına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.

Previous articleQHT Agentliyinin dəstəyi ilə Şəkidə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi
Next articleBakı və İrəvan ilkə imza atdı: yeni formatlar ola bilər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here