Home Dünya Ukrayna ordusu bu yaşayış məntəqələrini azad etdi

Ukrayna ordusu bu yaşayış məntəqələrini azad etdi

192
0

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış məntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

“Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.

Previous articleNeft ucuzlaşdı
Next articleŞübhəli bilinən 64 nəfər saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here