Home Dünya Rus ordusunun 60%-i raport yazıb… – Arestoviç

Rus ordusunun 60%-i raport yazıb… – Arestoviç

223
0

İsraildəki vəziyyət çətindir. Əhalinin çoxu bizim tərəfimizdədir, hətta silahla təmin olunmağımızı tələb edirlər. Lakin İsrailin koalisiya hökuməti çox çətin vəziyyətdədir.

Sosialxəbər.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı israilli tərəfdaşların mövqeyinin dəyişməsi ehtimalını şərh edərkən deyib.

“Onlar daim Rusiyadan asılı vəziyyətdədirlər, özləri belə münasibətlər qurublar. İndi də Rusiya hətta Yaxın Şərqdəki terrorçulara silah verməklə hədələyir. Ancaq seçim etməli olduğunuz zaman həmişə gəlir”, – PA rəsmisi vurğulayıb.

Arestoviç Prezident Vladimir Putinin İsrail qanunvericiləri ilə planlaşdırılan görüşündən gözləntilərindən də danışıb:

“İndi zarafat edirlər ki, Zelenski ABŞ-dakı seçkilərdə iştirak etsəydi, qalib gələrdi. Bizim prezidentimiz indi bütün azad dünyanın lideridir”.

Arestoviç onu da qeyd edib ki, prezident siyasi rəhbərlikdən yan keçməklə dünya xalqlarına birbaşa müraciət etmək hüququnu özündə saxlayır.

Həmçinin Rusiyanın saxta informasiyalarına gəlincə, Aretoviç qeyd edib ki, Rusiya döyüş meydanında qalib gələ bilmədiyi üçün özünü yalanla sınayır:

“Rusiya artıq o qədər yalan danışıb ki, Yaxın Şərqdəki sonuncu eşşək buna inanmır”.

Onun sözlərinə görə, Rusiya ordusunun şəxsi heyətinin 60%-i Ukraynaya döyüşə getməyəcəkləri barədə raport yazıb.

Previous articleTürkiyə: Yekun qərarı Putin verəcək!
Next articleUkraynanın Aİ-yə üzvlüyü müzakirə edilmir – Qətnamə

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here