Home Uncategorized Milli Teatr Günündə

Milli Teatr Günündə

365
0

Milli Teatr Günündə Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın “Nar şirəsi”pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşanın premyerası oldu.Premyerada əsəri rus dilindən tərcümə edən xalq artisti Vidadi Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanli,Human teatrının direktoru Şamil Heydərov,Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qabil Əliyev iştirak edib.Həmçinin rayon ictimaiyyəti , məktəblilər premyerada olub.Tamaşanın quruluşu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədi.Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edir. Tamaşada həyatı sevmək, yaşamaq mübarizəsi, cəmiyyətin fiziki qüsurlu insanlara mövqeyi,onların təsiri altında belə insanların sağalması ön plana çəkilib. Sonda xatirə şəkli çəkdirilib.

Previous articleRəfail Becanov: “Sülhməramlılar özlərini bələdçi, keşiş, Qırmızı Xaç Komitəsinin nümayəndəsi kimi aparırlar”
Next articlePutin mühüm iclasa hazırlaşır: gündəmdə nələr var?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here