Home QHT Əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması mövzusunda tədbir təşkil olunacaq

Əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması mövzusunda tədbir təşkil olunacaq

265
0

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.02.2022-ci il tarixindən “İnkluziv iqtisadi modelin inkişafı: əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda layihənin icrasına başlamışdır.

Bu barədə Sosialxəbər.az – a “İstedadlı Əlillər” İctimai Birliyinin
sədri, layihənin rəhbəri Qubad Qasımov məlumat verib.

O,qeyd edir ki, layihənin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində ilk tədbir 23 fevral 2022-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri “Poeziya evində keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlərdə özünəməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.

Previous article“20 Yanvar” İB-i yeni bir layihənin icrasına başlayıb
Next article“Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” layihəsinin icrasına başlanılıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here