Home QHT “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında...

“Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” layihəsinin icrasına başlanılıb

220
0

“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.02.2022-ci il tarixindən “Pensiya təminatı mexanizminin yeni çağırışlara uyğunlaşdırılması, istehlak bazarı və pensiya təminatı arasında adekvatlığın gücləndirilməsi” layihəsinin icrasına başlamışdır.

Bu barədə Sosialxəbər.az-a “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyin sədri, layihə rəhbəri Elnarə Məhərrəmova məlumat verib.

Onun sözlərinə görə, layihəninin əsas məqsədi mövcud pensiya sisteminin yoxsulluqla mübarizə aspektindən qiymətləndirilməsi, zəif bəndlərin üzə çıxarılması və ən yaxşı beynəlxalq təcrübə nəzərə alınmaqla səmərəli həllərin təklif edilməsidir.

Layihə çərçivəsində pensiyaçıların mövcud qanunvericiliyə və onun praktiki icrasına münasibətinin öyrənilməsi, aşağıdan yuxarıya doğru islahat təşəbbüslərinin dəstəklənməsi üçün pensiyaçıların təkliflərinin toplanması və bütün əldə edilən məlumatların sistemin sağlamlaşdırılması məqsədi ilə hazırlanan təkliflərdə nəzərə alınması məqsədi ilə 4 rayonda (İmişli, Bərdə, Füzuli və Tərtər rayonu) müzakirə-dinləmə təşkil ediləcəkdir. Tədbirdə pensiyaçının və mübahisəli məsələlərin yerində aydınlaşdırılması və hökumətin cari yanaşmasının öyrənilməsi məqsədi ilə aidiyyatı qrumların təmsilçilərinin iştirakı təmin ediləcəkdir.

Tədbirin paytaxt və regionlarda təşkil edilməsində məqsəd, movcud vəziyyətin icma iqtisadiyyatlarının, o cümlədən əmək bazarının, əmək haqqı səviyyəsinin fərqli inkişaf səviyyəsində olduğu bölgələrdə pensiya sisteminin təsirlərinin daha dəqiq qiymətləndirilməsidir. Layihə 4 ay davam edəcəkdir.

Previous articleƏlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması mövzusunda tədbir təşkil olunacaq
Next article“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here