Home İdman Nazir Pekin olimpiadası üçün Çinə gedir

Nazir Pekin olimpiadası üçün Çinə gedir

892
0

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edəcək.

Sosialxəbər.az bildirir ki, Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Previous articleŞəki sakinindən müxtəlif növ narkotik vasitələr götürüldü
Next articleHacıqabulda qanunsuz silah daşıyan şəxs saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here