Home DİN Hacıqabulda qanunsuz silah daşıyan şəxs saxlanıldı

Hacıqabulda qanunsuz silah daşıyan şəxs saxlanıldı

229
0

Polis Hacıqabulda qanunsuz odlu silah və sursat daşıyan şəxsi saxlayıb.

Sosialxəbər.az bildirir ki, Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmiyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Nəbi Məmmədov və Vüqar Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkarlanıb.

Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Previous articleNazir Pekin olimpiadası üçün Çinə gedir
Next articleAzərbaycanda 40 yaşlı müəllim koronadan vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here