Ukraynanın Lvov şəhərində strateji müəssisələrin əməkdaşları üçün hərbi təlimlərə start verilib.
Sosialxəbər.az xəbər verir ki, bu barədə Lvov Şəhər Şurasından məlumat verilib.
“Bu gün biz kommunal xidmət işçilərini dəvət etdik. Onların əksəriyyəti Silahlı Qüvvələrdə xidmət keçib, lakin bu bacarıqlara malik olmayan insanlar var və onlara öyrədilməlidir. Karantin başa çatdıqdan sonra şagirdlər üçün təlimlərin keçirilməsini planlaşdırırıq. İndi hər kəs bu bacarıqlara sahib olmalıdır”, – Lvov meri Andrey Sadovoy deyib.