Home Qarabağ Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi

323
0

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib.

Sosialxəbər.az xəbər verir ki, bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib. İclasda ABB-nin 2022-2025-ci illər üzrə yeni strateji hədəfləri də təqdim olunub. Növbəti strateji dövrə dair məsələlərin müzakirəsi aparılıb.

ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov bildirib: “Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın yeni inkişaf mərhələsi başlanıb. Bu ərəfədə ABB-nin yeni strategiyasının da Şuşa şəhərində müzakirəsi xüsusi önəm kəsb edir”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Previous articleErmənistana qarşı iddia: Qərar bu tarixdə açıqlanacaq
Next articleAzərbaycan XİN Türkiyəyə başsağlığı verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here