Home Qarabağ Ermənistana qarşı iddia: Qərar bu tarixdə açıqlanacaq

Ermənistana qarşı iddia: Qərar bu tarixdə açıqlanacaq

321
0

Haaqa Məhkəməsi Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq.

COVİD-19 pandemiyası ilə əlaqədar məhkəmə zalında yalnız məhkəmə üzvləri və tərəflərin nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, bu il oktyabr ayında Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib. İclasda Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb.

Previous articleNağara ifaçısı Gülağa Quliyev vəfat edib
Next articleŞuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here