Home Milli Məclis Bu gün nazirlər Milli Məclisə gedir

Bu gün nazirlər Milli Məclisə gedir

46
0

Bu gündən Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər qonaqlar iştirak edəcək.

Qeyd edək ki, büdcə zərfi noyabrın 16-sı, 17-i və 18-də parlamentin plenar iclaslarında müzakirə olunacaq.

Previous articleKarantini pozan toy sahibləri cərimələndi
Next articleBakıda Tik-Tokdakı mübahisə ölümlə nəticələndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here