Home Cəmiyyət Karantini pozan toy sahibləri cərimələndi

Karantini pozan toy sahibləri cərimələndi

195
0

Saatlıda karantin qaydalarının pozulduğu iki toy məclisi aşkar edilib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Dəllər kəndində yerləşən iki fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə hər iki ev sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.

Previous articleYol polisindən qazi statusundan sui-istifadə edənlərə XƏBƏRDARLIQ
Next articleBu gün nazirlər Milli Məclisə gedir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here