Home Dünya Bakıdan Koreyanın sabiq prezidentinin vəfatı ilə bağlı başsağlığı

Bakıdan Koreyanın sabiq prezidentinin vəfatı ilə bağlı başsağlığı

277
0

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Koreyanın sabiq Prezidenti Ro Dae Vunun vəfatı ilə əlaqədar başsağlığı verib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, nazirin müavini, Azərbaycan və Koreya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Rövşən Rüstəmov 1988 – 1993-cü illərdə Koreya Respublikasının 13-cü Prezidenti olmuş Ro Dae Vunun vəfatı ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyinə gələrək başsağlığı verib.

Rövşən Rüstəmov səfirlikdəki matəm kitabına Azərbaycan Respublikası hökuməti adından nekroloq yazıb.

Nekroloqda deyilir:

“Koreya Respublikasının sabiq Prezidenti cənab Ro Dae Vunun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

Cənab Ro Dae Vu Koreya Respublikasında demokratik dəyərlərin inkişafına mühüm töhfələr vermiş, Tibbi Sığorta üzrə Milli Proqramı və digər sosial təşəbbüsləri tətbiq etməklə öz xalqına sədaqətlə xidmət etmişdir.

Bu ağır itki ilə əlaqədar öz adımdan və Azərbaycan Respublikası hökuməti adından cənab Ro Dae Vunun ailəsinə və bütün Koreya xalqına dərin hüznlə başsağlığı verirəm”.

Previous articleDünya çempionatı: İki boksçumuz qalib gəldi
Next articleNarazı qaziyə əlillik təyin edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here