Home Digər Sabah Azərbaycana payız fəsli daxil olacaq

Sabah Azərbaycana payız fəsli daxil olacaq

93
0

Sabah Azərbaycana payız fəsli daxil olacaq.

Sosialxəbər.az xəbər verir ki, payız ölkəyə sentyabrın 22-si saat 23:21:00-da qədəm qoyacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qeyd edək ki, Azərbaycana qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

Previous articleVidadi Muradov 22 milyona yaxın pulu mənimsəyib
Next articleÜç qardaş-2021 təlimi başa çatdı – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here