Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turuna yekun vurulub.
Əvvəlcə “Zirə” “Qarabağ”ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Digər görüşdə isə son çempion “Netçi” öz meydanında “Qəbələ” ilə qarşılaşıb. Bu matçda da qalib müəyyənləşməyib – 2:2.
15 avqust
Azərbaycan Premyer Liqası, 1-ci tur
20:00. “Neftçi” – “Qəbələ” – 2:2
Qollar: Fəhmin Muradbəyli, 55 (1:0), İsnik Alimi, 67-pen. (1:1), Voislav Stankoviç, 76 (2:1), Ülvi İsgəndərov, 84 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev
“Bakcell Arena”
18:00. “Zirə” – “Qarabağ” – 1:1
Qollar: İsmayıl İbrahimli, 18 (0:1), Təmkin Xəlilzadə, 52-pen. (1:1)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
14 avqust
“Keşlə” – “Sumqayıt” – 0:2
“Sabah” – “Səbail” – 0:1