Home Hərbi Azərbaycanın bu il müdafiə və milli təhlükəsizlik sahəsinə xərclədiyi vəsaitin həcmi açıqlanıb

Azərbaycanın bu il müdafiə və milli təhlükəsizlik sahəsinə xərclədiyi vəsaitin həcmi açıqlanıb

1222
0

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1076,3 milyon manat artaraq 2533,4 milyon manat icra edilib.

Sosialxəbər.az  xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.

Qeyd olunub ki, müdafiə və milli təhlükəsizlik xərcləri 2477,3 milyon manat proqnoza qarşı 102,3 faiz və ya 56,1 milyon manat çox icra edilərək illik proqnozun 55,2 faizini təşkil edib.

Previous articleBu il Azərbaycanda səhiyyə xərcləri nə qədər olub?
Next articleAzərbaycan Ordusunun leytenantı həlak olub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here